PDF Oxu

Dünya

  • 821

Türkmənistanda prezidentliyə namizədlərin irəli sürülməsi kampaniyası başlanıb

Türkmənistanda prezidentliyə namizədlərin irəli sürülməsi kampaniyası başlanıb

Gələn il fevralın 12-də Türkmənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi kampaniyası başlanıb. Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir ki, 2007-ci ildən ölkəyə rəhbərlik edən Prezident Qurbanqulu Berdiməhəmmədovun namizədliyi ölkənin ictimai təşkilatları tərəfindən irəli sürülüb. MSK-nın məlumatına görə, qarşıdakı siyasi kampaniya ilə əlaqədar ölkədə 2.307 seçki məntəqəsi yaradılmış, seçici siyahıları hazırlanıb. Türkmənistanın dövlət başçısı Prezidenti son vaxtlar keçirilən müxtəlif tədbirlərdə bildirib ki, 2012-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri demokratik və alternativ əsasda, açıq və şəffaf olacaq. Dövlət başçısının sözlərinə görə, prezident seçkiləri Türkmənistan Konstitusiyasına, BMT və ATƏT-in beynəlxalq seçki standartına uyğun keçiriləcək.

Ölkə Konstitusiyasına əsasən, prezident seçkilərində Türkmənistanda doğulan, türkmən dilində danışan, son 15 ildə burada yaşayan, dövlət orqanlarında və ya ictimai təşkilatlarda işləyən, yaşı 40-dan az, 70-dən çox olmayan Türkmənistan vətəndaşı iştirak edə bilər.

Digər xəbərlər