PDF Oxu

Dünya

  • 1 175

Pərviz Müşərrəf Pakistana qayıdacağını bəyan edib

Pərviz Müşərrəf Pakistana qayıdacağını bəyan edib

"Ekspress Tribune" qəzetinin yazdığına görə, Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf 2012-ci ilin yanvarında könüllü surətdə tərk etdiyi vətəninə qayıdacaqdır. O, bu bəyanatını Londonda təşkil edilmiş telekörpüdə öz Lohardakı tərəfdarları ilə apardığı söhbət zamanı vermişdi. P.Müşərrəfin dediyinə görə, hazırda Pakistanda vəziyyət "qeyri-demokratik ssenari" üzrə həyata keçirilir. Onun dediyinə görə, ordunu siyasətə cəlb etmək Pakistan üçün ağır nəticələr gətirə bilər. Keçmiş prezident "bəzi elementlər"in ordunun təşkilatlararası kəşfiyyat xidməti ilə qarşı-qarşıya qoyulmasını narahatlıqla qarşıladığını bildirir. P.Müşərrəfi narahat edən daha bir cəhət ölkənin hazırkı siyasi qüvvələrinin real şəraitdə düzgün davranmadıqlarıdır. "Mən Pakistanın iqtisadiyyatını stabilliyə və inkişafa doğru çatdırmışdır. Mənim dövrümdə ölkənin dünyadakı imici daha yaxşı olmuşdur" deyə keçmiş prezident bildirmişdir.

Son vaxtlar Pakistan ciddi böhran keçirməkdədir. Buna səbəb ölkə rəhbərliyinin Vaşinqton hökumətinə göndərdiyi məxfi məktub olmuşdur. Məktubda Pakistanın siyasi rəhbərliyi ABŞ-dan xahiş edir ki, ona ölkənin xüsusi xidmət orqanları və ordu generalları ilə mübarizədə kömək etsin. Buna cavab olaraq, Pakistan hökuməti ABŞ- yönlü siyasət yürüdəcəyini vəd edib. Bu məktub Pakistan cəmiyyətində ciddi narahatlıq doğurur. Ölkə mətbuatı Pakistanda yeni hərbi çevriliş olacağını yazır.

İslamabadda baş verən hadisələr Birləşmiş Ərəb Əmirliklərində müalicə kursu keçirən ölkə prezidenti Asif Əli Zərdarinin təcili qayıtmasına səbəb olmuşdu.

Digər xəbərlər