PDF Oxu

Dünya

  • 948

Polşa BVF-yə 6 milyard avro məbləğində kredit verəcək

Polşa BVF-yə 6 milyard avro məbləğində kredit verəcək

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Polşa hökuməti Beynəlxalq Valyuta Fonduna 6 milyard avro məbləğində kredit verməyi planlaşdırır. Bu cür bəyanatla Polşanın "RMF FM" radiosunun efirində ölkənin maliyyə naziri Yatsek Rostovski çıxış edib.

Varşava nəzərdə tutulan vəsaiti ölkənin Milli Bankında olan ehtiyatlar hesabına ödəmək niyyətindədir. Nəzərdə tutulan məbləğin bir neçə tranşa bölünməsi gözlənilir. Ödəniş zamanı ölkənin iqtisadi vəziyyəti ağırlaşarsa, kredit verməsi dayandırılacaqdır. Agentlik Polşanın əvvəllər BVF-dən kredit götürmüşdü. Cari ilin yanvarında valyuta fondu Polşaya iki il ərzində 30 milyard avro məbləğində kredit ayırmışdı. Verilən məlumata görə, istiqraz vərəqələri ehtiyat tədbirləri görmək üçündür. Polşa məmurları ödəniləcək məbləği lazımi vaxtda alacaqlarını bildirmişdilər. 2009-cu ildə Polşa uyğun proqramla üzləşmişdi. Həmin "zərif kredit xətti"ndə Polşaya 20 milyard avro verilməsi nəzərdə tutulurdu. Bir il sonra isə bu ölkəyə daha 8 milyard avro ayrıldı.

Digər xəbərlər