Dekabrın 19-da "Röyters" informasiya agentliyinin Koreyanın Mərkəzi Teleqraf Agentliyinə əsaslanaraq, yaydığı məlumata görə, vəfat etmiş Şimali Koreya lideri Kim Çen İrin oğlu Kim Çon In "böyük varis" elan edilib.
Kim Çon Inın atası Kim Çen İrin varisi olacağı haqda ilk bəyanat 2009-cu ildə verilmişdi. Ancaq politoloqlar bu bəyanatın rəsmi təsdiqinin olmadığını bildirirdilər. O vaxt Kim Çon In KXDR parlamentinin üzvü və iqtidarda olan Koreya Əmək Partiyasının rəhbərliyinə daxil edilmişdi. Ona Şimali Koreya ordusunun generalı rütbəsi də verilmişdi. Son vaxtlar isə Kim Çon In "Çuçxe inqilabi ideyalarının varisi və partiya, ordu və xalqın məşhur lideri" adını qazanmışdır.
Kim Çen İrin vəfat etməsi haqda Şimali Koreya dövlət televiziyası bazar ertəsi məlumat vermişdi. Məlumatda deyilirdi ki, diktator dekabrın 17-də ürək tutması nəticəsində vəfat edib. "Exa Moskvı" qəzetinin məlumatına görə, Kim Çen İrin cənazəsi Pxenyanda atasının mavzoleyinə gətirilmişdir. Bazar ertəsi axşam KXDR-də 24 milyon nəfərin iştirakı ilə kütləvi matəm mərasimi keçirilib. Diktatorun dəfni dekabrın 28-nə təyin edilib. Rəsmi matəm mərasimi dekabrın 19-dək davam edəcək.
"Renxap" informasiya agentliyinin məlumatına görə, Şimali Koreya lideri Kim Çen İrin ölümü ilə əlaqədar Cənubi Koreya hökuməti öz hərbi qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...