PDF Oxu

Dünya

  • 1 173

Türkmənistan prezident seçkilərinə yeni namizədlər qoşulub

Türkmənistan prezident seçkilərinə yeni namizədlər qoşulub

"Türkmənistan.Ru" informasiya agentliyinin yaydığı məlumata görə, Türkmənistan prezidenti postuna daha üç nəfər öz namizədliyini irəli sürmüşdür. Onların fevral ayının 12-də nəzərdə tutulan Türkmənistan prezident seçkilərində iştirak edəcəyi gözlənilir. İqtidarda olan respublika prezidenti Qurbanqulu Berdiməhəmmədov ikinci prezidentlik müddətinə öz namizədliyini irəli sürəcəkdir. Yeni namizədlərin təşəbbüs qrupu Daşoğuz vilayəti adminstrasiyası tərəfindən irəli sürülüb. Vilayətin kənd təsərrüfatı üzrə administrasiya başçısının müavini Rəcəb Bazarov, dəniz və çay nəqliyyatı dövlət xidməti başçısının müavini Rozagerdi Rozıqluyev və Xalaç rayon administrasiya başçısı Mıratgeldi Cumageldiyev prezidentliyə namizəd kimi qeydə alınıblar. Onların hər birinin ərizəsi Türkməistan MSK-sına göndərilib.

Ötən həftənin axırlarında iqtidarda olan Türkmənistan prezidenti ikinci prezidentlik müddətinə öz namizədliyini irəli sürüb. Bu, ölkədə yeganə Demokratik Partiyanın yığıncağında müzakirə edilib. 2007-ci ildə Q.Berdiməhəmmədovla birlikdə seçkilərdə 5 nəfər iştirak etmişdi. O vaxt prezident 90 faiz seçici səsi qazanmışdı. Seçkilərdə seçicilərin 99 faizinin iştirakı təmin edilmişdi.

Digər xəbərlər