"New Europe" qəzetinin daxili məsələlər üzrə Avropa komissarı Seseliya Malmstremə əsaslanaraq, yazdığına görə, Lixtenştyen dekabrın 19-da Şengen sazişinə qoşulub. Bazar ertəsindən etibarən Lixtenşteyn sərhədində aparılan yoxlamalardan sonra, elə bir nəticəyə gəlindi ki, bu ölkənin Şengen Zonası ölkələri ilə sərhədləri aradan götürülsün. Avropa Birliyinin nümayəndəsinin dediyinə görə, sazişə əsasən sərhəd açıldıqdan sonra, artıq 26 dövlət Şengen Zonası üzvü olub. Bütövlükdə, bu ölkələrin hamısında 400 milyondan çox əhali yaşayır.
Lixtenşteynin Şengen Zonasına daxil edilməsi haqda saziş 2008-ci ildə imzalansa da, Almaniya və İsveçrənin buna bir neçə dəfə etiraz etməsi məsələnin həllini mürəkkəbləşdirmişdi. Almaniya və İsveçrə rəhbərliyi Lixtenşteynin vergi sistemindəki qətiyyətsizliyini bəyənmirdi. Nəhayət, Avropa Şurası dekabrın 13-də Lixtenşteynin bütün sahələrdə öhdəliyi yerinə yetirdiyini bəyan etdikdən sonra, bu ölkə Şengen Zonasına daxil edildi.
Şengen sazişi 1985-ci ildə Avropa Birliyinə daxil olan beş ölkə - Belçika, Almaniya, Lüksemburq, Niderland və Fransanın imzası ilə yaranmışdı. Bundan sonra Avropa Birliyi ölkələrinin böyük əksəriyyəti bu sazişə qoşulmuşdur. Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Rumıniya və Kipr isə Şengen Zonasına daxil olmaqdan imtina etmişdir. Avropa Birliyinə daxil olmayan daha dörd ölkə bu zonanın üzvü olmuşdur: Norveç, İslandiya, İsveçrə və Monako.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...