PDF Oxu

Dünya

  • 1 084

Alman sağ ekstremistləri Aşağı Saksoniya nazirinə hədə məktubu ünvanlayıblar

Alman sağ ekstremistləri Aşağı Saksoniya nazirinə hədə məktubu ünvanlayıblar

"Bild" qəzetinin yazdığına görə, Almaniya sosial inkişaf naziri Aygül Özkan elektron poçtundakı ünvanına hədə dolu mesajlar daxil olması haqda polisə məlumat verib. Sağ ekstremist hədə mətnlərindən əlavə, nazirə təhdid dolu videomaterial da göndərilibmiş. Mətnlərdə söhbət 2012-ci ildə təşkil ediləcək naməlum aksiyalardan gedir. Məktub müəllifləri bu yolla öz mədəni irslərini və siyasi ideallarını qorumağa qadir olduqlarını bildirirlər. Xəbərdarlıq mətnində konkret hadisə adı çəkilmir.

Videoyazıda ayı kostyumu geymiş adam nasist salamı verir, satıcıya qışqırır, sonra isə içərisində mühacirlərin uçduğu təyyarənin ardınca əlini yelləyir.

Nazir A.Özkan Honnaver polisinə müraciət etmişdir. Yerli prokuror Katrin Zöfker nazirdən hədə məktublarını aldıqlarını və hazırda üzərində işlədiklərini bildirir. A.Özkanın özü təhdid haqda heç bir şərh vermir.

Digər xəbərlər