"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bəşər Əsəd iqtidarına müxalifətdə duran Suriya Milli Şurası (SMŞ) ölkədə baş verən ictimai-siyasi hadisələrdə xarici hərbi müdaxilənin dəstəyinə arxalanacağını bəyan edib.
SMŞ lideri Bürhan Qaluinin verdiyi bəyanata görə, hökumət qoşunlarının müxalifətə təzyiq göstərəcəyi təqdirdə, onlar Ərəb Dövlətləri Liqasının (ƏDL) müraciət edərək, müxalifətə hərbi yardım etməsini xahiş edəcəklər. B.Qaliun söhbətin Suriyanın bəzi bölgələrinə güc tətbiq edilməsindən getdiyini bildirib. Agentlik bu bəyanatın verilməsindən sonra Suriya müxalifətinin öz taktikasını xeyli dəyişdiyini bildirir. Əvvəllər SMŞ nümayəndələri Bəşər Əsəd rejiminin beynəlxalq izolyasiya ilə təhdid etməklə kifayətlənirdilər. B.Qaliunun dediyinə görə, Bəşər Əsəd hökumətin ƏDL nümayəndələrini Suriyaya dəvət etməsi vaxt qazanması məqsədi güdür. Bununla B.Əsəd BMT-nin Təhlükəsizlik Şurası tərəfindən ciddi hədə mesajları almaqdan yayınır.
Dekabrın 19-da BMT-nin Baş Assambleyası qəbul etdiyi əsasnamə layihəsindən Suriya hökumətinin müxalifətə təzyiq göstərməsinə mənfi münasibət göstərdiyini bildirib. Suriya hökuməti isə əsasnamə layihəsinin "iblisanə sui-qəsd" adlandırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...