PDF Oxu

Dünya

  • 1 259

Obamanı dəstəkləyənlərin sayı artır

Obamanı dəstəkləyənlərin sayı artır

ABŞ-da ictimai rəyin öyrənilməsi məqsədilə keçirilən sorğunun nəticələri prezident Barak Obamanın əhali arasında reytinqinin artdığını üzə çıxarıb. "CNN" telekanalı və "ORC International" sosioloji xidmətinin keçirdiyi sorğu amerikalıların 49 faizinin Ağ ev rəhbərinin hərəkətlərini bəyəndiyini üzə çıxarıb. 49 faizlik göstərici Obama üçün Üsamə bin Ladeninin öldürülməsindən sonra qazandığı 54 faizlik göstəricidən sonra ən yüksək rəqəm olub. O zamandan bəri Obamanı 45 faiz respondent dəstəkləyirdi. Obamanın indi uğur qazanmasının səbəbləri sırasında Konqresin iki partiyası üzvləri arasında əmək haqqına görə vergi güzəştlərinin uzadılması ilə bağlı keçirilən debatların olduğu göstərilir.

Digər xəbərlər