Amerikalı keçmiş senator Karl Kryuqer Manhettendə keçirilən məhkəmə prosesində etiraf edib ki, rüşvət formasında təqribən 500 min dollar alıb. "The New York Times" xəbər verir ki, istintaq müəyyən edib ki, Kryuqer senator postunda olarkən tibb müəssisələrindən, adı çəkilməyən lobbiçidən və developerlərdən (mülkiyyət satışı ilə məşğul olan şəxs) rüşvət alırmış. Proses zamanı eks-senator emosiyalarını gizlədə bilməyib. Hətta hakim ondan ağlının başında olub-olmadığını da soruşub. O isə "hələ ki, yerindədir" deyib. Qanuna görə, Kryuqeri 50 il həbs cəzası gözləyə bilər. Lakin eks-senatorın etirafı müqabilində bu cəza 11 ilə salına bilər. Kryuqer 17 il Senatda çalışıb. Lakin korrupsiya ittihamlarından sonra Senatı tərk etməli olub. ABŞ Senatında maliyyə komitəsində işləyən bu şəxs qanunvericilik sahəsində nüfuzlu mütəxəssis hesab edilirdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...