İspaniyada noyabr ayında keçirilən parlament seçkilərinin qalibi olan Xalq Partiyası parlamentdən etimad alıb. Yaxın dörd il ərzində hökumətin başçısı mühafizəkar Mariano Rahoy olacaq. O, səsvermə zamanı 350 yerli parlamentdə 187 səs alıb. Beləliklə də, İspaniyanın altıncı baş naziri olub. Kral qarşısında and içdikdən sonra isə Rahoy yeni kabinet üzvlərinin tərkibini elan edəcək. Dekabrın 23-də ilk iclasını keçirəcək yeni hökumət qarşısında duran əsas vəzifə iqtisadi böhranın aradan qaldırılması olacaq. AB ölkələri arasında İspaniya işsizliyin səviyyəsinə görə birinci yerdədir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...