ABŞ İranın nüvə silahını əldə etməsinə mane olmaq üçün bütün vacib tədbirləri görəcək. Bunu Pentaqonun rəhbəri Leon Panetta "CBS" teleşirkətinə müsahibəsində bildirib. Panetta jurnalistin İranın nüvə silahını yaratdığı barədə məlumatların təsdiqini tapdığı təqdirdə ABŞ-ın Tehranın nüvə obyektlərinə zərbə vurub-vurmayacağı sualına müsbət cavab verib.
Pentaqon şefinin iddiasına görə, İran nüvə silahını 1 il ərzində əldə edə bilər. Qeyd edək ki, dekabrın 12-də İsrailin müdafiə naziri Ehud Barak da bəyanatla çıxış edərək İranın nüvə silahı əldə edə bilməməsi üçün "təcili, iflicə səbəb olacaq sanksiyaların" tətbiq edilməsini istəyib.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata hazırlaşdığı barədə məlumatlar artıq xeyli müddətdir KİV-də müzakirə olunur. Bu məlumatlar MAQATE-nin İranın nüvə silahı yaratmağa yaxınlaşması ilə bağlı hesabatından sonra ortaya çıxıb. Sənədin təqdim edilməsindən öncə Böyük Britaniya mətbuatı Londonun ABŞ-ın İrana qarşı hərbi əməliyyatına dəstək planı hazırladığını yazıb. Elə həmin Britaniya mətbuatında o da iddia olunurdu ki, İsrail İrana dekabrın 25-də zərbə endirə bilər. O zaman Panetta hərbi əməliyyat planından çəkinməyə çağıraraq bunun gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini vurğulamışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...