"Röyters" informasiya agentliyinin "Surian Observatoru for Human Rights" hüquq-müdafiə təşkilatı nümayəndələrinə əsaslanaraq, yaydığı məlumata görə, dekabrın 20-də bir gün ərzində Suriyada 111 nəfər həlak olub. Məlumata görə, çərşənbə axşamı ölkənin şimali-qərb hissəsində yerləşən İdlib əyalətinin vadilərindən birində hökumət qoşunları üsyançıları ətraf yaşayış məntəqələrindəki yerli əhalini mühasirəyə alıb atəşə tutmuşlar. İki saatadək davam edən atışma nəticəsində vadidə olanların hamısı öldürülmüşdür. Hüquq-müdafiə təşkilatının məlumatına görə, çərşənbə axşamı Suriyada öz hərbi hissələrini atıb qaçmış 100 nəfərədək hərbi qulluqçu öldürülmüşdür. Bu qanlı hadisələri nəzərə alan təşkilat dekabrın 20-ni "Suriya inqilabının ən qanlı günü" kimi xarakterizə edir. Fransanın Xarici İşlər Nazirliyi İdlib əyalətində 100 nəfərdən çox adamın qətlə yetirilməsini xatırladaraq BMT-nin Təhlükəsizlik Şurasının təxirə salınmadan Suriya hökumətinə münasibətdə ciddi əsasnamə layihəsi qəbul etməsini tələb edir. ABŞ hökuməti baş vermiş hadisədən narahat olduğunu ifadə edib. Ərəb Dövlətləri Liqası, öz növbəsində, prezident Bəşər Əsəd rejiminin ölkə vətəndaşlarına qarşı tətbiq etdiyi repressiyalara görə məsuliyyət daşıdığını bildirir.
"Haaretz" qəzetinin yazdığına görə, 10 minədək hərbi qulluqçusu Suriya ordusundan qaçaraq üsyançılara qoşulmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...