"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 22-də Bağdadda baş vermiş bir neçə partlayış nəticəsində ən azı 57 nəfər həlak olmuş, 176 nəfər isə yaralanmışdır. İraqın Səhiyyə Nazirliyinin nümayəndəsi hadisənin doğruluğunu təsdiq etmişdir. Agentlik səhər əhalinin işə çıxdığı vaxtlarda Bağdadın müxtəlif yerlərində 10-12 partlayışın baş verdiyini xəbər verir. Bu terror aktları son bir neçə ay ərzində ən genişmiqyaslı partlayışlar kimi qeydə alınmışdır.
İraq əhalisi terror aktlarının çoxalmasının səbəbini dekabrın 19-da İraqın vitse-prezidenti Tarik əl-Haşeminin həbsinə order verilməsi ilə əlaqələndirir. Xatırladırıq ki, hüquq-mühafizə orqanı əməkdaşları bu şəxsi öz mühafizə xidməti vasitəsi ilə bir çox terror aktlarını koordinasiya etməkdə ittiham etmişdilər. "İraqiyyə" sünni partiyasına başçılıq edən əl-Haşemi hazırda İraq Kürdüstanında gizlənir və şiə hökumətinin üvanına yağdırdığı ittihamları inkar edir.
İraqın şiə baş naziri Nuri əl-Maliki əl-Haşemini hakimiyyətdən uzaqlaşdırmaqdan başqa, öz müavini Saleh əl-Mütləkini də istefaya göndərməyə çalışır. Xatırladırıq ki, sonuncu şəxs Nuri əl-Maliki hökumətini "şiə diktaturası"na başçılıq etməkdə ittiham etmişdi. "İraqiyyə" partiyasının üzvləri liderlərinin hökumət tərəfindən təzyiqinə etirazlarını bildirmiş, parlamenti və hökuməti boykot etmişlər. Bunun cavabında əl-Maliki üsyançı nazirlərini daha üzüyola şəxslərlə əvəz edəcəyini bildirmişdir.
İraqın şiə hakimiyyət dairələrinin sünni liderləri üzərinə ittiham yağdırması ABŞ-ın öz qoşunlarını ölkə ərazisindən çıxarması fonundan baş verir. Barak Obamanın ABŞ qoşunlarının İraq ərazisindən çıxarması Respublikaçılar Partiyası tərəfindən kəskin tənqid atəşinə tutulub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...