"NBC"-nin məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək Nyu-Yorkda 496 qətl hadisəsi törədilmişdir. Məlumatı dekabrın 22-də şəhər polis komissarı Rey Kelli açıqlayıb. Onun dediyinə görə, ilin sonuna bir həftə qaldığı üçün bu rəqəm arta bilər. "AM Nyu-York"un məlumatına görə, ilin sonunadək şəhərdə 10 nəfərdən artıq adamın öldürüləcəyi gözlənilir. "NBC" Nyu-Yorkda qətl hadisələrinin miqdarının aşağı düşdüyü bildirilir. 2009-cu ildə qətllərin sayı kifayət qədər aşağı düşərək, 471 ölüm hadisəsi qeydə alınmışdır. 2010-cu ildə 536 qətl hadisəsi baş vermişdir.
"NBC" telekanalı şəhər polisinin məlumatına əsaslanaraq, cari ildə cinayətkarlığın faizinin bir qədər artdığını bildirir. Telekanal bildirir ki, dekabrın 11-dək Nyu-Yorkda 1361 zorlama hadisəsi qeydə alınmışdı ki, bu ötənilki göstəricidən 3 faiz çoxdur. Ayrı-ayrı adamlara hücum etmə hadisəsi ötən illə müqayisədə 8 faiz artaraq, 17487 nəfərə çatmışdır. Bu il Nyu-Yorkda seksual zəminində törədilmiş cinayətlər nəticəsində onlarla qadın öldürülmüş və onların cəsədləri Bruklində aşkar edilmişdir.
Nyu-Yorkda cinayətkarlığın səviyyəsi 2005-ci ildə kəskin surətdə enməyə başlamışdır. 1993-2005-ci illərdə şəhərdə ağır cinayətlərin miqdarı 75-ə enmişdir. Mütəxəssislər bunun səbəbini şəhər polisinin cinayətkarlara qarşı yeni taktika ilə mübarizə aparmaqda görürdülər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...