"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, London metropoliteninin əməkdaşları dekabrın 26-da bayram günlərində işləyənlərin əməkhaqqına əlavələr edilməsini tələb edərək, bir sutkalıq tətil elan etmişlər. "ASLEF" metrosu maşinistlərinin həmkarlar ittifaqlarının nümayəndələri tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, yanvarın 16-da, daha sonra isə fevralın 3-də və 13-də növbəti sutkalıq tətil elan edəcəklərini bildirmişlər.
Dekabrın 26-da Britaniya birliyi ölkələrində "Hədiyyə günü" adı altında ənənəvi bayram tədbiri keçirilir. Həmin gün bayram tədbirləri keçirilir və böyük miqdarda alqı-satqı əməliyyatları gerçəkləşdirilir. Metro əməkdaşlarının tətil etmələri səbəbindən İngiltərə futbol çempionatının "Arsenal" və "Vulverxempton" komandaları arasında keçiriləcək oyun dekabrın 27-ə keçirilib. "BBC Nyus"un məlumatına görə, "Çelsi" və "Fulxem" komndaları arasındakı futbol matçı isə təxirə salınmadığından, dekabrın 26-da keçiriləcək. "Frans Press"in məlumatına görə, maşinistlərin 92 faizi "Hədiyyə günü" bayramında tətil keçirilməsini dəstəkləyib. "BBC Nyus"un məlumatına görə, maşinistlər bayram günlərində işçilərin könüllülük əsasında işləməsini tələb edirlər. Bayram saatlarının pullarının artıq ödənilməsi və əlavə istirahət günlərinin verilməsi tələbləri ilə çıxış edənlər də olmuşdur.
London metropoliteninin rəhbərliyi maşinistlərin həmkarlar ittifaqlarının aksiyalarının bir müddət əvvəl əldə edilmiş razılaşma ilə ziddiyyət təşkil etdiyini bildirib. 2010-cu ildə "Hədiyyə günü" bayramında maşinistlərin keçirdiyi sutkalıq tətil aksiyası heç bir uğur qazanmamışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...