"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Nigeriyada katolik mövludu ilə üst-üstə düşən terror aktı nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Həlak olanların 35 nəfəri Nigeriyanın paytaxtı Abuca şəhərində dekabrın 25-də Müqəddəs Tereza kilsəsində bayram duası edərək, bayıra çıxdıqları vaxt səhər baş vermiş partlayış nəticəsində terrorun qurbanına çevriliblər. Cos və Qadak şəhərlərində xristian kilsələrində baş vermiş partlayışlar nəticəsində Cosda bir nəfər polis əməkdaşı həlak olmuş, Qadakda isə bir neçə adam yaralanmışdır. Günün ortalarına yaxın radikal islam hərəkatı "Boko Haram" nümayəndələrinin kütləvi informasiya vasitələrinə verdikləri məlumata görə, terror aktları onlar tərəfindən törədilmişdir. Radikal islamçılar ölkənin şimal hissəsində yeni terror aktları törədəcəklərini vəd etmişlər.
Nigeriyada baş vermiş terror aktları ABŞ, Böyük Britaniya və eləcə də, digər Avropa dövlətləri tərəfindən kəskin surətdə pislənmişdir. Nigeriya prezidenti Qudlak Conatan ölkə əhalisini terrorçulara qarşı sıx birləşməyə çağırmışdır. Prezidentin dediyinə görə, terrorçular ölkədə ictimai təhlükəsizliyə qarşı çıxmış və vətəndaşların azadlıqlarını kölgə altına almışlar.
"Boko Haram" terrorçu təşkilatı 2011-ci ilin yazından Nigeriyada hakimiyyət dairələrinə qarşı fəal mübarizəyə başlamışdır. Onlar dini mənsubiyyətinə görə, xristian olan Qudlak Conatanın prezident seçilməsi əleyhinə çıxmışlar. Terrorçular genişmiqyaslı terror aktları keçirmişlər. Avqustda onlar BMT-nin Acubada yerləşən mənzil-qərargahını partlatmış, nəticədə 24 nəfər həlak olmuşdu. Dekabrda ölkənin şimalında bir neçə terror aktı törətmişlər. Onların əli ilə törədilmiş partlayışlar nəticəsində 150 nəfərdən çox adam həlak olmuşdur. Ölkə polisi ilə silahlı qarşıdurma zamanı onlarla insan öldürülmüşdür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...