PDF Oxu

Dünya

  • 990

Nigeriyada qanlı terror aktlarından sonra vəziyyət nəzarətdən çıxır

Nigeriyada qanlı terror aktlarından sonra vəziyyət nəzarətdən çıxır

Nigeriyada dünən ard-arda törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Milli.Az xəbər portalının İTAR-TASS-a istinadən verdiyi məlumata görə, partlayışların ardından ara qarışıb və ölkədə xristianlara məxsus mağazalara, digər obyektlərə hücumlar başlayıb. Potiskum şəhərində 30-dək ticarət obyektinə od vurulub. Yüzlərlə insan həyatlarını təhlükədən qurtarmaq üçün şəhərdən qaçır. Xatırladaq ki, dünənki terror aktlarını "Boko haram" ekstremist qruplaşması törədib. Onlar bir neçə xristian məbədinin qarşısında və içərisində partlayışlar təşkil ediblər. Qruplaşmanın "Əl-Qaida" terror şəbəkəsilə əlaqəsinin olduğu bildirilir.

Digər xəbərlər