PDF Oxu

Dünya

  • 1 038

Almaniyada “Yaşıllar” partiyasından olan Suriya hüquq müdafiəçisi döyülüb

Almaniyada “Yaşıllar” partiyasından olan Suriya hüquq müdafiəçisi döyülüb

"Berliner Zaytunq" qəzetinin yazdığına görə, Berlində naməlum şəxslər Suriya hüquq müdafiəçisi və "Yaşıllar" alman partiyasının üzvü olan Fərhad Ahmanı dəyənək vasitəsilə döymüşlər. Fərhad Ahman Suriya müxalifəti milli şurasının üzvüdür. "Yaşıllar" partiyası və Almaniyada yaşayan Suriya prezidenti Bəşər Əsəd rejimi əleyhdarları hücumu Suriyanın xüsusi xidmət orqanlarının təşkil etdiklərini bildirirlər.

Hücum dekabrın 26-da F.Ahmanın Veddinqdə yerləşən mənzilinə edilmişdir. Cinayətkarlar iki nəfər olmuşdur. Özünü polis əməkdaşı adlandıran kişi qapının zəngini çalmışdır. F.Ahma qapını açan kimi onlar dəyənəklərlə Fərhadı döyməyə başlamışlar.

Almaniyanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanata görə, baş verən hadisə haqqında detallar təşkilata məlumdur.

Digər xəbərlər