PDF Oxu

Dünya

  • 1 163

Kərzayi taliblərlə Qətərdə dinc danışıqlar aparmağa razılıq verib

Kərzayi taliblərlə Qətərdə dinc danışıqlar aparmağa razılıq verib

"Əl-Cəzirə" qəzetinin yazdığına görə, Əfqanıstan prezidenti Həmid Kərzayi taliblərlə dinc danışıqlara getməyə razılıq vermiş və onların Qətərdə nümayəndəlik açmasını dəstəkləmişdir. H.Kərzayi ABŞ-ın hərbi qruplaşmalarla əlaqələr qurmağı dəstəkləyəcəyi təqdirdə, Kabulun bu addımı atacağını bildirmişdir. Dekabrın əvvəllərində "Taliban" qruplaşması Qətərdə öz nümayəndəliyini açmaq istədikdə, özünün Qətərdəki səfirini geri çağırmışdır. Bundan sonra xarici ölkələr dinc danışıqlara gedərsə, Əfqanıstan hökuməti buna mane olmayacaq.

Əfqanıstanın Ali Şurasının üzvü İsmail Kasemyar ABŞ və digər ölkələri taliblərlə öz aralarında alqı-satqı əməliyyatı aparmamağa çağırıb. Onun dediyinə görə, bu, Əfqanıstanda baş verən prosesdir və onun yalnız əfqanlar irəli apara bilər. Noyabrda Vaşinqton "Taliban" hərəkatı ilə müəyyən razılaşmalar əldə etmişdir. Buna cavab olaraq, ABŞ Qətərdə ev dustağı edilmiş beş məhbusu taliblərə verməli idi. Bu əməliyyat baş tutmadı. Hazırda həmin taliblər Quantanamo həbsxanasında saxlanılırlar. "Taliban"ın cavab addımı rəsmi surətdə beynəlxalq terrorçuluğu ittiham edəcəyi haqda bəyanat verməsi olmuşdur. Buna baxmayaraq, H.Kərzayi danışıqların keçirilməsinin dayandırılmasına rəvac vermişdir.

Digər xəbərlər