"İRNA" informasiya agentliyinin yaydığı məlumata görə, Qərb ölkələrinin İran neftinin ixracı ilə əlaqədar sanksiyalar tətbiq edəcəyi təqdirdə, İran hökuməti neft daşıyan gəmilərin Hörmüz boğazından keçmələrinin qarşısını almaq məqsədilə boğazın keçidini bağlayacağını bəyan edib. Bu yöndə məlumatı agentliyə İranın vitse-prezidenti Rza Rəhmani çatdırıb. R.Rəhmani təmsilçisi olduğu ölkənin digər ölkələrə münasibətdə dostluq əlaqələrinə üstünlük verdikləri halda, Qərb ölkələrinin İrana təzyiq göstərməkdə davam etdiklərini bildirib.
Onun dediyinə görə, Qərb ölkələri İranın xarici siyasətinə münasibətdə öz təcavüzkar əməllərindən dönməsə, İran buna sərt cavab verəcəkdir. Dekabrın əvvəllərində İranın silahlı qüvvələri Hörmüz boğazının blokadaya alınması məqsədilə burada təlimlər keçirəcəyini vəd etmişdi.
"Frans Press" agentliyinin məlumatına görə, Hörmüz boğazından dünyanın neft boşaldan gəmilərinin dördə üçü keçir. Hörmüz boğazının bağlanacağı təqdirdə, dünya bazarını labüd neft defisiti və neft məhsullarının qiymətlərinin qalxması gözləyir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...