Myanmanın ən iri şəhərlərindən sayılan Yanqonda dərman anbarında partlayışlar və yanğın qurbanlarının sayı polisin məlumatına görə 17 nəfərə çatmış, 80-dən çox adam yaralanmışdır. Şahidlər 50 nəfərin həlak olduğunu bildirsələr də, bu informasiyanı təsdiq edən rəsmi məlumat yoxdur.
Yanğın dekabrın 29-da səhər "Sat-San" dərman anbarında başlamışdır. Bir qədər sonra anbarda güclü partlayış baş vermişdir. İlk güclü partlayışdan sonra nisbətən zəif silsilə partlayışlar olmuşdur. Hazırda alov qonşuluqdakı fabrikə və gəmi təmiri zavoduna yayılmışdır. Alovun söndürülməsinə bütün Yanqon yanğınsöndürənləri cəlb olunmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...