PDF Oxu

Dünya

  • 955

Suriyada 552 siyasi məhbus əfv edildi

Suriyada 552 siyasi məhbus əfv edildi

Suriya rejimi Bəşər Əsəd hakimiyyətinə qarşı nümayişlərdə iştirak etdiyi üçün həbs olunmuş daha 552 nəfəri azad edib. Milli.Az "RBK"ya istinadən xəbər verir ki, son həftə ərzində bu, sayca ikinci əfvdir. 3 gün əvvəl Suriya həbsxanalarından eyni motivlə həbs olunmuş daha 3500 nəfər buraxılmışdı.

Qeyd edək ki, Suriyada bu ilin martından hökumət qüvvələrilə nümayişçilər arasında davam edən toqquşmalarda 5 mindən artıq insan həlak olub, minlərlə nümayişçi həbs edilib.

Digər xəbərlər