ABŞ qoşunlarının İraqı tərk etməsindən sonra ölkənin müxtəlif yerlərində qanlı terror aktları bir-birini əvəzləyir. Milli.Az "Əl Cəzirə"yə istinadən bildirir ki, Kərbəlaya yollanan 45 şiə zəvvarının partlayışda ölümünə səbəb olan "canlı bomba"nın "əl Qaidə" mənsubu olduğu vurğulanır.
Son partlayışlar "Əl Qaidə"nin ötən ilin dekabrın 22-dən bəri İraqda həyata keçirdiyi 16 terakt seriyasının tərkib hissəsi də sayılır.
İlk partlayışın Bağdadın "Əs Sədr" məhəlləsində, ikinci partlayışın yol kənarında, iki saat sonra isə 3-cü partlayışın Kazımiyyə məhəlləsində olması da "Əl Qaidə"nin dəst-xəttini ortaya qoyur. Kərbəladakı partlayışlar isə Bağdaddan cənub-şərqdəki ən Nəsiriyyədə olub.
Ekspertlərin fikrincə, son partlayışlar İraqın baş naziri Nuri əl Malikinin hakimiyyətini möhkəmləndirmək üçün ölkənin ən nüfuzlu sünni siyasətçilərinin həbsinə göstəriş verməsi ilə bağlıdır. Sünni vitse-prezident Tariq əl Haşemi isə həbsdən yayınmaq üçün İraqın şimalında, kürdlərin arasındadır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...