ABŞ-ın müdafiə naziri Leon Panetta son günlər ərzində İranın ünvanına növbəti hədə bəyanatı səsləndirib Milli.Az BBC-yə istinadən xəbər verir ki, o, Tehranın Hörmüz boğazını bağlamağa hər hansı formada cəhd göstərəcəyi təqdirdə Vaşinqtonun "bununla barışmayacağını" bildirib. Dünyaya neft ixracının 40%-nin həyata keçirildiyi boğazın mümkün bağlanmasını "son hədd" adlandıran Pentaqon rəhbəri ABŞ-ın boğazın bağlanmasına heç bir halda imkan verməyəcəyini bildirib.
Xatırladaq ki, son günlərdə ABŞ və Avropa Birliyi İrana ard-arda yeni sanksiyalar tətbiq edir. Tehran isə öz növbəsində neft ixracı sahəsinə sanksiyanın tətbiq olunacağı təqdirdə dünyanın "neft arteriyası" olan Hörmüz boğazını bağlayacağını bəyan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...