PDF Oxu

Dünya

  • 1 103

Lex Kaçinskinin ölümü ilə bağlı araşdırma aparan hərbi prokuror intihara cəhd etdi!

Lex Kaçinskinin ölümü ilə bağlı araşdırma aparan hərbi prokuror intihara cəhd etdi!

Polşanın sabiq prezidenti Lex Kaçinskinin içərisində olduğu "TU-154" təyyarəsinin Smolensk səmasında qəzaya uğraması ilə bağlı təhqiqat aparan hərbi prokuror Mikolay Pşibıl intihara cəhd edib.

APA-nın məlumatına görə, intihar cəhd dünən təhqiqatın nəticələrinə həsr olunmuş mətbuat konfransının gedişində baş verib. Prokuror çıxışını bitirdikdən sonra fasilə elan edib və jurnalistlər otağı tərk etdikdən sonra xidməti tapançası ilə başına atəş açıb. Atəş səsini eşitdikdən sonra otağa qaydan jurnalistlər Pşibılın yerə yıxıldığını görüb təcili yardım maşını çağırıblar. Həkimlər hərbi prokurorun həyatının xilas edə biliblər, hazırda Mikolay Pşibıl həkim nəzarətindədir.

Qeyd edək ki, intihara cəhddən əvvəl mətbuat konfransında çıxış edən hərbi prokuror bildirib ki, onun rəhbərlik etdiyi idarə prezident təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat aparan jurnalistlərin telefon danışıqlarını dinləmək hüququna malikdir. O bu addımı KİV-in fəaliyyətinin rəsmi təhqiqata mane olması ilə izah edib. Pşibılın sözlərinə görə, təhqiqatın gedişini qəsdən dolaşığa salan jurnalistləri xarici xidmət orqanları maliyyələşdirə bilərlər.

Digər xəbərlər