Fransa İranın uranı zənginləşdirməsini qətiyyətlə pisləyərək bildirir ki, bu hərəkət Tehrana qarşı yeni sanksiyaların tətbiq olunmasına gətirəcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə Fransa XİN-in nümayəndəsi Romen Nadal deyib. O bildirib, "Tehranın yeni təxribatı bizi vadar edir ki, Avropadakı müttəfiqlərimiz və digər tərəfdaşlarımızla İrana qarşı yeni və sərtliyi görünməmiş dərəcədə olan sanksiyalara əl ataq".
Gözlənilirdi ki, Avropa İttifaqı İrana qarşı neft embarqosunu yanvarın 30-da Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin sammitində elan edəcək. Lakin Aİ bu görüşü yanvarın 23-də keçirməyi qərara alıb.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland keçirdiyi brifinqdə bəyan edib ki, İranın 20 faizə qədər uranın zənginləşdirməsinə başlaması bu ölkənin üzərinə götürdüyü öhdəlikləri pozması deməkdir. Onun sözlərinə görə ABŞ hadisələrin bu səpkidə inkişaf etməsinə hazır idi və Vaşinqton nüvə proqramı ilə bağlı proseslərin gedişatını diqqətlə izləyir.
İranın uranı zənginləşdirməsinə başlaması ilə narahatlığını BMT-nin Baş Asambleyasının nümayəndəsi Martin Heriski də bildirib. O deyib ki, İran nüvə proqramının dinc xarakter daşıdığını sübut etməli və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməlidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...