Haaqa Beynəlxalq Cinayət Məhkəməsi keçmiş Liviya liderinin oğlu Seyfəl İslam Qəzzafinin hüququ statusunun müəyyənləşdirilməsi üçün müvəqqəti ölkə hökumətinə yanvarın 23-nə kimi son vaxt verib. Ötən gün verilmiş yazılı qərarda, qurumun hakimləri eyni zamanda Liviya rəhbərliyindən Seyflə bağlı bır sıra suallara, o cümlədən Qəzzafinin hansı maddəylə saxlanıldığı, onunla əlaqə yaratmağın və qurum əməkdaşlarının Seyfin saxlanıldığı təcridxanaya baş çəkməsinin mümkünlüyü, onun vəkillə təmin edilib-edilmədiyi kimi məqamlara aydınlıq gətirməyi tələb edir. Yeni hökumət eyni zamanda bu vaxt ərzində Beynəlxalq Cinayət Məhkəməsinə həbsdə saxlanılan Seyf Əl İslamın ölkədə mühakimə edilməsi niyyəti haqqında rəsmi müraciət etməlidir. Yerli rəhbərlik isə rəsmi müraciət etməsə də, vətəndaş müharibəsi dönəmlərində törətdiyi cinayətlərə görə Seyfəl İslamı məhz ölkə daxilində mühakimə etmək niyyətindədir. Liviyanın yeni baş naziri Əbdürrəhim Əl-Keyb, noyabr ayında Zintan briqadası tərəfindən Obari adlı səhra qəsəbəsində ələ keçirilmiş Seyf- Əl İslam üçün ədalətli məhkəmənin təşkil olunacağına söz verib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...