2001-ci il terror aksiyalarından sonra Amerika təhlükəsizlik sahəsində bir sıra tərəqqi əldə edib. ABŞ Dövlət Departamenti bu məqsədlə Əks-Terrorizm Bürosunun təsis edildiyini bəyan edib. Yeni büro Milli Təhlükəsizlik Nazirliyi və digər hökumət agentlikləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Qurum əks-terrorizm strategiyaları, siyasət və proqramlara əsasən terrorizmi dəstəkləyən şəbəkələrə qarşı mübarizə aparacaq. Büro bundan əlavə ABŞ-ın əks-terror diplomatiyasını dəstəkləməklə yanaşı, daxili təhlükəsizliyi müdafiə edərək, zorakı ekstremizmə qarşı fəaliyyət göstərəcək. Büro insan hüquqları, qanunun aliliyi və demokratiyanı təbliğ edəcək. Yeni təşkilat radikalizm və xaricdə pozitiv alternativlərin inkişafı məqsədi ilə tərəfdaş hökumətlər və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edəcək. Bundan əlavə qurum Əks-terrorizm Kommunikasiya Strategiyası Mərkəzi ilə bərabər ekstremizm təbliğinin məhvini qarşıya məqsəd qoyub. Əks-Terrorizm Bürosu ABŞ Dövlət Departamentinin Milli Təhlükəsizlik Nazirliyinin əlaqələndirici təsisatı olacaq. Büro nəqliyyat təhlükəsizliyi kimi milli təhlükəsizlik məsələlərində beynəlxalq əməkdaşlığı gücləndirəcək. Terrorizmlə mübarizədə Amerikanın tərəfdaşlıq və müttəfiqliyə ehtiyacı var. Partnyorları ilə bərabər ABŞ sərhədləri çərçivəsində hədələri aradan qaldıra biləcək. Yeni büro vətəndaş cəmiyyətlərində, hərbi və müdafiə sektorunda beynəlxalq əks-terror qabiliyyətini gücləndirəcək. Amerika, ABŞ xalqı və Amerikanın xaricdəki maraqlarının müdafiəsi 21-ci əsrin əsas məqsədlərindən biridir. Yeni terror təhlükəsi yeni strategiyalar, yaradıcı diplomatiya və güclü tərəfdaşlıq tələb edir. Əks-terrorizm bürosu ABŞ-ın məqsədlərinə nail olmasına xidmət edəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...