Suriya prezidenti Bəşər Əsədin ölkədəki vəziyyətlə bağlı növbəti çıxışından sonra Amerika Birləşmiş Ştatları bir daha Bəşər Əsədi istefaya çağırıb. Suriyada baş verənləri xarici qüvvələrin və terrorçuların fəaliyyəti ilə əlaqələndirən Bəşər Əsədin bəyanatlarına ABŞ-ın Dövlət Departamentindən münasibət bildirilib.
Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland Bəşər Əsədin nitqini "Suriya xalqının diqqətini real problemlərdən yayındırmaq cəhdi" adlandırıb. "O, Suriyadakı zorakılığa görə özü məsuliyyət daşıdığı halda, məsuliyyəti öz üzərindən ataraq, başqalarının üzərinə qoyur" - Viktoriya Nuland belə deyib. Dövlət Departamentinin mətbuat katibi həmçinin bildirib ki, Bəşər Əsədin son bəyanatları Vaşinqtonu Suriya prezidentinin istefaya getmə vaxtının olmasına bir daha əmin edib.
BMT-nin hesablamalarına görə, ötən ilin martından Bəşər Əsədin istefası tələbi ilə keçirilən nümayişlərdə 5000-dən 6000-dək adam ölüb. Ərəb Ölkələri Liqasının Suriyaya müşahidəçi qrupu göndərməsindən bəri isə 400-dən çox adamın öldürüldüyü bildirilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...