PDF Oxu

Dünya

  • 2 032

Suriyada növbəti qurban jurnalistlər olub

Suriyada növbəti qurban jurnalistlər olub

Suriyada zorakılıq davam edir. Ötən gün Homs şəhərində baş vermiş iğtişaşlarda səkkiz nəfərin öldürüldüyü, xeyli sayda insanın yaralandığı bildirilir. Məlumata görə, ölənlər arasında iki nəfər jurnalist də var. Onlardan biri fransalı, digəri isə hollandiyalıdır.

Jurnalistlər etiraz aksiyalarında çəkiliş apararkən təhlükəsizlik qüvvələri tərəfindən atəşə məruz qalıblar. İğtişaşlar paytaxt Dəməşqdə Bəşər Əsəd tərəfdarlarının nümayişi zamanı baş verib. Qeyd edək ki, Fransa və Hollandiyadan olan bu jurnalistlər Suriyada iğtişaşlar zamanı öldürülən ilk qərbli jurnalistlərdir. Fransa prezidenti Nikola Sarkozi və xarici işlər naziri Alen Jüpe Suriya rəsmilərindən hadisəni tam işıqlandırmağı tələb ediblər. Həma şəhərində baş vermiş qarşıdurmalar zamanı isə 13 nəfərin öldürüldüyü bildirilir. Ərəb Liqası jurnalistlərə qarşı törədilən zorakılıqlara görə Suriyaya müşahidəçi heyəti göndərməyəcəyini bildirib.

Digər xəbərlər