PDF Oxu

Dünya

  • 1 124

Pakistanda ordu-hökumət böhranı

Pakistanda ordu-hökumət böhranı

Pakistanda orduyla hökumət arasında böhran dərinləşir. Baş nazir Yusif Rza Gilani Baş Müdafiə İdarəsi rəisi Naim Xalid Lodhini vəzifədən uzaqlaşdırıb. Baş nazirlikdən verilən açıqlamada Lodhinin vəzifəsindən sui-istifadə etdiyi və hüquqa zidd davrandığı bildirilib.

Pakistan ordusunun reaksiyası da gecikməyib. Ordudan verilən açıqlamada Lodhinin uzaqlaşdırılmasının ciddi nəticələrə səbəb ola biləcəyi vurğulanıb. Ordu Lodhinin qanun və qaydalara uyğun davrandığını, vəzifədən uzaqlaşdırılması ilə bağlı arqumentlərin doğru olmadığını bəyan edib. Pakistanda böhran keçən ilin may ayında ölkənin Vaşinqtondakı səfiri Hüseyn Hakkaninin ölkəsində planlaşdırılan hərbi çevrilişə qarşı Amerikadan dəstək istədiyinə dair iddialarla başlayıb. Səfirin prezident Asif Əli Zərdarinin təlimatıyla ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisi Maykl Müllenə nota göndərərək dəstək istədiyi bildirilib. Ordu isə çevriliş iddialarını rədd edib.

Digər xəbərlər