Əfqanıstanda xidmət edən ABŞ hərbçiləri ilə bağlı növbəti biabırçı qalmaqal güclənə bilər. Nüfuzlu "YouTube" videohostinqində amerikalı hərbçilərin nümayişkaranə şəkildə ölmüş taliblərin meyitlərini necə islatmaları əks olunub. Bu zaman onlar təhqiredici zarafatlar da edirlər.
"The Telegraph" xəbər verir ki, Birləşmiş Ştatların dəniz piyada qoşunları komandanlığının nümayəndələri belə bir çarxın ortaya çıxması ilə əlaqədar araşdırma apardıqlarını bəyan edib: "Belə hərəkətlər dəniz piyadasının şərəfinə ziddir və mövcud dəyərlərimizlə də üst-üstə düşmür. Bu məsələni diqqətlə araşdıracağıq". Dəniz piyada qoşunlarının mətbuat katibi Stüart Apton isə bunun ciddi məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, bu faktın sübuta yetirilməsi həmin hərbçilərin ABŞ-ın dəniz piyada qoşunlarında xidmət etməyə layiq olmadıqlarını təsdiqləyəcək.
Biabırçı görüntülərin yayıldığı bir vaxtda ABŞ-da Quantanamo həbsxanası ilə bağlı etirazlar səngimir. Vaşinqtonda toplanan yüzlərlə insan Quantanamonun yaradılmasının 10-cu ildönümündə etiraz aksiyası keçirib. Ağ Evin qarşısında keçirilən, insan haqları və qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənən aksiyada Quantanamodakı məhkumların yaxınları da iştirak edib. Nümayişçilərin bir hissəsi məhkumları təmsil edən narıncı geyimlərlə yürüş keçiriblər. Quantanamonun saxlanmasının insan haqları pozuntusu olduğunu vurğulayan nümayişçilər işgəncəyə qarşı olduqlarını bildiriblər. Onlar ABŞ prezidenti Barak Obamadan Quantanamonun bağlanması ilə bağlı vədini yerinə yetirməsini tələb ediblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...