Fransa polisi cümə axşamı ölkə başçısı Nikola Sarkozini təhqir edən şəxsi saxlayıb. Hadisə Prezident Lill şəhərinin sakinləri ilə görüşərkən baş verib. Bu barədə çərşənbə axşamı Trend "RİA Novosti"yə istinadən məlumat verir.
Sarkozi Yeni il təbriklərini çatdırmaq üçün Lill şəhərinə dövlət işçiləri qarşısında çıxış etməyə gəlib.
O, çıxışından sonra sakinləri salamlamağa və onların əllərini sıxmağa çıxıb. Bu zaman 30 yaşlı kişi Prezidenti təhqir edib, buna görə də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dərhal saxlanılıb.
Lakin saxlanılan şəxsin konkret olaraq nə etdiyi və ya nə dediyi məlum deyil.
2011-ci ilin yayında digər fransalı vətəndaş Sarkozini çiynindən tutduğuna görə yarım il şərti həbs cəzası almışdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...