PDF Oxu

Dünya

  • 1 162

Qırmızı Xaç Somaliyə ərzaq çatdırılmasını dayandırdı

Qırmızı Xaç Somaliyə ərzaq çatdırılmasını dayandırdı

Qırmızı Xaç Beynəlxalq Komitəsinin İsveçrə idarəsi, mərkəzi və cənubi Somalinin 1,1 milyon vətəndaşına ərzaq çatdırılaraq paylanmasını dayandırıb. Bu hadisə Şabab hərəkatının cəngavərlərinin aclıqdan əziyyət çəkən ölkənin bölgələrinə ərzaq çatdırılmasına əngəl törətdiklərindən sonra baş verib. Qırmızı Xaç Beynəlxalq Komitəsindən bildiriblər ki, dekabrdan etibarən yerli hökumət Orta Şabel və Qalqadud bölgələrinə yardımların paylanmasını dayandırıb.

Təşkilat maddi-texniki və təhlükəsizlik sıxıntılarına baxmayaraq, Somaliyə humanitar yardımların çatdırılması işində bir neçə təşkilatdan biridir.

Qırmızı Xaç Beynəlxalq Komitəsi Somali nümayəndə heyətinin sədri Patrik Vial bildirmişdir ki, təşkilat Somalinin mərkəzi və cənub bölgələrinin hökumət nümayəndələri tərəfindən bu bölgələrə yardım çatdırılması işinə maneələrin törədilməyəcəyi barədə zəmanət verilməyincə yardımların çatdırılması dayandırılacaqdır.

2011-ci ilin iyulunda təşkilat, quraqlıqdan əziyyət çəkən Somalidə uşaq qidasızlığının dərəcəsinin dünyanın başqa bölgələrindən yüksək olduğunu və 10 uşaqdan birinin aclıqdan ölmək təhlükəsi ilə qarşılaşdığını bildirmişdir.

Digər xəbərlər