Dünya Bankı qlobal böyümə proqnozlarını hesablayaraq, inkişaf etməkdə olan ölkələri yeni iqtisadi böhrana hazırlıqlı olmaqları mövzusunda xəbərdar edib. İnkişafda olan ölkələr bundan sonra da iqtisadi artımın yavaşlamasına hazır olmalıdır, çünki Avrozonanın borc problemləri və formalaşan bazara malik bəzi ölkələrdə artımın zəifləməsi dünya iqtisadiyyatının artım perspektivlərini azaldır. BBC-nin yaydığı xəbərə əsasən, bu barədə Dünya Bankının "2012-ci il üçün qlobal iqtisadi perspektivlər " (Global Economic Prospects 2012) adlı məruzəsində deyilib. Dünya Bankı 2012-ci ildə inkişafda olan ölkələr üçün iqtisadi artım proqnozunu 5,4%, yüksək gəlirə malik ölkələr üçün isə 1,4 %- dək (Avrozona üçün -0,3%) azaldıb. Dünya Bankının vitse-prezidenti və baş iqtisadçısı İifu Lin bildirib ki, "Nə qədər ki vaxt var, İOÖ öz zəif cəhətlərini qiymətləndirməli və yeni şoklara hazır olmalıdırlar". Dünya Bankının Qlobal iqtisadi proqnozlar qrupunun direktoru Hans Timmer hesab edir ki, "Maliyyə çətinliklərinə cavab verməyə hazır olmaq üçün inkişafda olan ölkələr əvvəlcədən öz büdcə kəsirlərini maliyyələşdirməli, sosial müdafiə sisteminə xərclərin prioritetlərini müəyyənləşdirməli və milli banklarının stress-testləşdirməsini aparmalıdırlar".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...