İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən gənc jurnalistlər Pərəstu Dokuhəki və Mərziyə Rəsuli həbs edilib. İran Kəşfiyyat Nazirliyinin Tehran bölməsinin əməkdaşları yanvarın 15-i axşam saatlarında bloqçu və araşdırmaçı Pərəstu Dokuhəkini mənzilində tutub aparıblar. Evdə axtarış aparılıb, jurnalistə məxsus kompüter və digər şəxsi əşyalar götürülüb. Onun Tehranın Evin zindanında saxlandığı bildirilir. ETTELAAT əməkdaşları digər islahatçı jurnalist Mərziyə Rəsulini yanvarın 17-də mənzilində tutub Tehranın Evin zindanına aparıblar. Onun da evində axtarış aparılıb, jurnalistə məxsus kompüter, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Hər iki jurnalistin ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırıldığı bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...