PDF Oxu

Dünya

  • 1 129

Barak Obama Konqresdə sərt çıxış edib

Barak Obama Konqresdə sərt çıxış edib

ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının birgə iclasında çıxış edib. Onun "Ölkənin vəziyyəti" adlı illik çıxışını canlı yayımda milyonlarla insan izləyib. Prezident Obamanın illik hesabat məruzəsi 65 dəqiqə çəkib və təqribən 80 dəfə alqışlarla kəsilib.

Barak Obama deyib ki, indiki dövr üçün ən vacib məsələ amerikalılara xas bir fikrin hələ də hamı üçün keçərli olub-olmadığını müəyyən etməkdir. Obama deyib ki, Amerika dünyanın qüdrətli ölkəsi rolunu yenidən özünə qaytarıb. Ölkədəki iqtisadi vəziyyətə toxunan prezident varlı, orta və kasıb təbəqə arasında yeni Vergi Məcəlləsi vasitəsilə iqtisadi tarazlıq yaratmaq üçün öz planını açıqlayıb: "Biz ya, az sayda insanın yaxşı yaşadığı, amma getdikcə daha çox insanın firavan həyatdan məhrum olduğu ölkə ilə razılaşmalıyıq, ya da hamı üçün ədalətli iqtisadi şərait və eyni qaydalar yaratmalıyıq". Prezident deyib ki, Amerika dünyanın ən qüdrətli ölkəsi rolunu yenidən özünə qaytarıb: "ABŞ-ın tənəzzüldə olduğunu, yaxud da onun dünyada nüfuzunun azaldığını söyləyənlər nə danışdıqlarını bilmirlər". Obama Amerikada iş yerlərini bərpa etmək və biznesin inkişafına nail olmaq üçün detallı plan açıqlayıb. Konqresdən də xahiş edib ki, bu planı qəbul etsin. Onun təklif etdiyi qanun yerli fəhlələrin xarici fəhlələrlə rəqabət apara bilmələrinə hesablanıb.

Çıxışının sonunda prezident xarici siyasət haqda bir neçə kəlmə söyləyib. "Əl-Qaida" terror şəbəkəsinin lideri Üsamə bin Ladenin ötən il ərzində məhv edilməsini önə çəkən prezident silahlı qüvvələri nümunə göstərərək amerikalıları əl-ələ verib oxşar həvəslə iqtisadiyyatı inkişaf etdirməyə səsləyib. İraqdan qoşunların çıxarıldığını və Əfqanıstanda hərbi əməliyyatların başa çatmaq üzrə olduğunu deyən Obama əsgərlərin vətənə qayıtmasından razılığını ifadə edib. Prezident Ərəb Baharının nailiyyətlərindən və bu istiqamətdə Amerikanın atdığı müsbət addımlardan danışıb. Obama ABŞ-ın hər zaman azadlıq arzulayan insanlarla çiyin-çiyinə dayanacağını vurğulayıb.

Qeyd edək ki, B.Obamanın Ağ Evdəki 3 il yarımlıq fəaliyyəti barədə amerikalılarda birmənalı fikir yoxdur. Obama administrasiyasının iqtisadi fəaliyyətini ümumiyyətlə ürəkaçan saymırlar. ??Ötən bir neçə il ərzində işsizlik 9%-ə yüksəlib, milyonlarla amerikalı girov qoyduğu evindən məhrum olub. Obama iqtisadi ədaləti varlı amerikalıların vergisini artırıb, adi vətəndaşların vergi yükünü azaltmaq yolu ilə bərqərar etmək arzusundadır. Öz çıxışında o, təklif edib ki, ildə 1 milyon dollardan çox qazananlar azı 30% vergi ödəsin. Müxalifətdə olan Respublikaçılar Partiyası isə bu ideyanın qəti əleyhinədir. Məsələn, partiyadan Ağ Evə əsas namizədlərdən olan Mitt Romni multimilyonçudur. O, 2010-cu ildə 21 milyon dollarlıq gəlirindən cəmi 14 faiz vergi ödəyib. Respublikaçıların prezident Obamanın illik hesabat məruzəsinə cavab çıxışında İndiana qubernatoru Mitç Daniels demokrat prezidenti terrora qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə görə alqışlayıb, amma onun iqtisadi siyasətinin iflasa uğradığını bildirib. Danielsin sözlərinə görə, iqtisadi böhranı aradan qaldırmaq vədi ilə vəzifə başına gələn prezident Amerikanı böhrandan çıxarmağa nail olmayıb. O, işsizliyin hələ də rekord həddə olduğunu və hökumət xərclərinə arxalanan siyasət yeridilməsi nəticəsində iqtisadiyyatın dirçəlmədiyini önə çəkib. "Son üç il dövlət xərclərinin misilsiz partlayışı ölkənin borcuna trilyonlarla dollar əlavə edib" - deyə Daniels bildiriç. İndiana qubernatorunun sözlərinə, görə artan defisit nəinki Amerikanı böhrandan xilas etməyib, əksinə borcların həcmi ABŞ-ı İspaniya və Yunanıstan kimi dərin iqtisadi böhranla üzləşən ölkələrlə bir sıraya qoyur: "Bu məşəqqətlərdən çıxmağın yeganə yolu özəl sektorun inkişafıdır ki, əsl iş yerlərini sahibkarlar yaradır". Prezidentb sinfi mübarizədə günahlandıran Mitç Daniels biznesə düşmən münasibət göstərilməsindən gileyləniç və Obamanın iqtisadi fəlsəfəsinin yanlış əsaslarda formalaşdığını qeyd ediç.

Digər xəbərlər