Türkiyə Suriya rejiminin Ərəb Birliyinin qərarını rədd etməsinin narahatlığı daha da artırdığını bildirib. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Suriyada xalqın güc və kollektiv cəzalandırma yolu ilə əzilməsi nəticəsində yaşanan insan itkilərinin miqyasının ciddi narahatlıq və reaksiya doğurmağa davam etdiyi bildirilib. Açıqlamada Ərəb Birliyi Xarici İşlər Nazirləri Şurasının Suriyadakı vəziyyətlə bağlı yanvarın 22-də Qahirədə qəbul etdiyi son qərarın Ərəb Birliyinin Suriya böhranının regional sahiblənmə yolu ilə həll olunması istiqamətindəki qərarlılığının nümunəsi olduğu vurğulanıb. Sözügedən qərarın Suriya iqtidarının öhdəliklərini həyata keçirməkdə xoşniyyətli və konstruktiv davranmadığını göstərdiyi bildirilən açıqlamada bu sözlərə yer verilib: "Bu kontekstdə Suriya iqtidarının dərhal güc tətbiqinə son qoyması, hərbi qüvvələrini bütün şəhərlərdən və yaşayış məskənlərindən çəkməsi, bütün siyasi məhbusları azadlığa buraxması, Ərəb Birliyi müşahidəçilərinin və beynəlxalq mətbuatın ölkədə sərbəst fəaliyyətinə icazə verməsi şərtdir. Hazırkı narahatlıq doğuran miqyası, eləcə də regional sülh və təhlükəsizliyi təhdid edəcək səviyyəyə çatması nəzərə alınaraq bütün beynəlxalq aktyorlar Suriyadakı vəziyyət qarşısında yekdillik və qərarlılıqla hərəkət etməlidir".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...