Yanvarın 23-də Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında bu ilin iyulun 1-də İrandan neft alınmasının tam dayandırılması barədə qərarına Tehran gözlənilməz reaksiya verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, rəsmi Tehran Avropa Birliyinə üzv ölkələrə neft ixracının dərhal dayandırılması istiqamətində hərəkətə keçib.
Bu həftənin sonunda İran parlamentində Avropa Birliyinə üzv ölkələrə neft ixracının dərhal dayandırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Böyük Britaniyanın "Financial Tayms" qəzetinə açıqlama verən İran parlamentinin enerji komissiyasının sözçüsü Emad Hüseyni deyib ki, qanun Məclisdə qəbul olunarsa, Avropa Birliyinin İran neftinin idxalına qarşı sanksiyası başlamazdan əvvəl Tehran bu ölkələrə neft ixracını dayandıracaq. O, qanun layihəsinin ən gec bazar günü parlamentdə müzakirəyə çıxarılacağını bildirib.
"Financial Tayms" qəzeti yazıb ki, İran neft ixracını bu günlərdə dayandırarsa, ən çox iqtisadi böhranla üzləşmiş Yunanıstan, İtaliya və İspaniya kimi ölkələr zərər görəcəklər. İran hər gün Avropa Birliyi ölkələrinə 450 min barel neft ixrac edir. Yunanıstan neft tələbatının 1/3-i məhz İran nefti hesabına təmin edir. Tehran neft ixracını dayandırarsa, Yunanıstanın daha böyük böhranla üzləşəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...