Yanvarın 24-də Fransa Senatında qəbul edilən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsinin qarşısının alınması üçün yeni şans yaranıb. Lent.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Fransa Senatında qanunun Konstitusiya Şurasına (Məhkəməsinə) göndərilməsi ilə bağlı senatorların imza toplamasından xəbərdar olduğunu açıqlayan Fransa Konstitusiya Şurası dünən prosesə müdaxilə edib.
Konstitusiya Şurası Senata qanunun Fransa prezidentinə göndərilməsinin 3 gün təxirə salınmasını istəyib. Bununla da qanunun Konstitusiya Məhkəməsinə göndərilməsinə çalışan müxalif senatorlar 3 gün qazanıb. Qeyd edək ki, qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu Fransa Konstitusiyasına, söz və düşüncə azadlığına zidd sayan və bununla bağlı imza verən senatorların sayı hazırda 35 nəfərdir. Qanunun Konstitusiya Məhkəməsinə göndərilməsi istiqamətində əsas təşəbbüskar Avropa Demokratik və Sosial Birliyik Partiyasının Senatdakı qrupunun rəhbəri Jacques Mezarddır. Avropa Demokratik və Sosial Birliyik Partiyasının Senatda 16 üzvü var. O bildirib ki, imza verənlərin əksəriyyəti hakimiyyətdəki Xalq Hərəkatı Birliyi Partiyasının üzvləridir. Müxalifətdəki Sosialist Partiyasının senatorlarının da bir neçəsi imza verib. Əgər qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun 60 senatorun imzası ilə Konstitusiya Şurasına göndərilərsə, 9 üzvü olan Konstitusiya Şurasının qanunun Konstitusiyaya zidd olması barədə qərar çıxarması ehtimalı yüksək dəyərləndirilir. Əks halda 3 gün sonra qanun Fransa prezidenti Nikola Sarkoziyə təqdim olunacaq. Prezident 2 həftə ərzində qanunu ya imzalamalı, ya da geri qaytarmalıdır. Fransa Prezident Administrasiyası Nikola Sarkozinin 2 həftə ərzində qanunu imzalayacağını açıqlayıb. Qanun imzalandıqdan sonra qüvvəyə minəcək.
Konstitusiya Şurasının tələbi ilə ayrılan 3 günün 1-i artıq arxada qalıb, daha 48 saat var.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...