PDF Oxu

Dünya

  • 1 360

Devid Kameron: “Türkiyə Avropa Birliyinin üzvü olmalıdır”

Devid Kameron: “Türkiyə Avropa Birliyinin üzvü olmalıdır”

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kameron Avropa Şurası Parlament Assambleyasındakı çıxışında bəyan edib.

Devid Kameron deyib ki, Türkiyə ilə Avropa Birliyinə üzv digər ölkələr arasında sıx əlaqələrin qurulmasına çalışmalıdırlar: "Əgər biz Yaxın Şərqdə terror və nüvə təhlükəsi barədə fikirləşiriksə, Türkiyənin bu regionla sıx əlaqədə olduğunu görürük. Biz birgə yaşayış barədə fikirləşməli və elə etməliyik ki, müsəlman Türkiyəsi Avropa Birliyinin üzvü olsun".

O, Türkiyə və Böyük Britaniya arasında əvvəldən sıx əlaqələr olduğunu bildirib: "Bu əlaqələr uğurla davam etdirilməlidir və mən də qətiyyətlə bu istiqamətdə çalışıram".

Digər xəbərlər