Rusiyanın baş naziri Vladimir Putin ona çox təsir edən və indiyədək unutmadığı, həyatının sonunadək unutmayacağı faciə barədə ilk dəfə ictimaiyyətə açıqlama verib. Putinin dediyinə görə, böyük qardaşı hələ uşaq olanda II Dünya Müharibəsi illərində, alman nasistlərinin blokadaya aldığı Leninqradda həlak olubmuş. Milli.Az "İnterfaks"a istinadən bildirir ki, ailəsi barədə çox nadir hallarda danışan Putinin dediyinə görə, böyük qardaşı onun dünyaya gəlməsindən 10 il əvvəl nasistlərin qurbanı olub. "Böyük qardaşımın harada basdırıldığını belə, bilmirəm. Onu heç görmədim, heç tanımadım. Böyük qardaşım 1942-ci ildə Leninqraddakı uşaqları ölümdən qurtarmaq üçün başlanmış dövlət proqramı çərçivəsində ailəmdən alındı. Amma qardaşım xəstələndi. Ailəmə qardaşımın öldüyünü dedilər, amma harada basdırıldığı bilinmir. Blokadada həlak olan və ölənlərin dəfn olunduğu 186 qardaşlıq məzarlığı var. Qardaşım o məzarlardan birindədir yəqin", - Putin deyib. 900 gün davam edən blokadada qalmış Leninqradda həlak olan və ölən uşaqlardan biri, 1940-cı ildə doğulmuş Viktor Vladimiroviç Putinin dəfn olunduğu yer, həqiqətən də, bilinmir. Onun difteriyadan öldüyü deyilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...