PDF Oxu

Dünya

  • 1 361

Timoşenkonun həyat yoldaşı Avropa parlamentarilərinə müraciət etdi

Timoşenkonun həyat yoldaşı Avropa parlamentarilərinə müraciət etdi

Bu il yanvarın əvvəlində Çexiyada siyasi sığınacaq alan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenko dünya parlamentarilərinə müraciət edib. Bu barədə SİA-nın Ukrayna bürosu məlumat verib.

Çexiya ictimaiyyətinin nümayəndələri ilə görüşən A.Timoşenko bu ölkənin keçmiş səhiyyə naziri Suzanne Roytovadan həyat yoldaşını müayinə etməyi xahiş edib. A.Timoşenko rəhbərlik etdiyi "Batkivşina" adından Avropa və dünya parlamentarilərinə müraciət edərək Ukrayna müxalifətini izləyən dövlət qurumlarına sanksiyalar tətbiq etməyin əsl vaxtı olduğunu bildirib.

Ötən seçkilərdə Yuri Luçenko Ukrayna seçicilərinin səsinin yarısını qazandığı halda sonda parlament seçkilərində 3-ü yeri tutdu. Buradan belə məlum olur ki, bugünkü prezident Y.Timoşenkonun yerində oturub. A.Timoşenko həyat yoldaşının səhhətinin ağır olmasını və Ukraynada müxalifətə ciddi təpkilərin olduğunu, azadlıq və demokratiyanın boğulduğunu dünya ictimaiyyətinin nəzərinə çatdırıb.

Digər xəbərlər