Fransa prezidenti Nikola Sarkozi və xarici işlər naziri Alen Jüppe arasında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi haqqında qanun layihəsi ilə bağlı fikir ayrılığı var. Trend-in "CNN Turk" telekanalına istinadən yaydığı məlumata görə, qanunun təsdiq olunmasına etiraz edən XİN rəhbəri Sarkozinin tənqidinə məruz qalıb.
Prezidentin nazirlərlə görüşündən sonra Jüppe öz mövqeyindən geri çəkilməyi və bu məsələ ilə bağlı fikir bildirməməyi qərara alıb.
Yanvarın 31-də fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayaraq Konstitusiya Şurasına müraciət ediblər.
Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...