İranda müharibənin olmasını istəməyənlər Vaşinqtonda aksiya keçiriblər. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda İrana qarşı müharibə hədə-qorxularına etiraz məqsədilə aksiya keçirilib. Anspress-in məlumatına görə, Ağ evin önündə keçirilən aksiyasını "Anwser Coalition" təşkilatı təşkil edib. Polisin nəzarəti altında keçən nümayişin iştirakçıları "İranda müharibənin olmasını istəmirik" kimi şüarlar səsləndiriblər. Aksiya fəalları ABŞ prezidenti Barak Obamaya səslənərək, Əfqanıstan və İraqdan sonra İran üçün də eyni yalan və planları eşitmək istəmədiklərini bildiriblər.
Əksəriyyətini müsəlmanlar təşkil edən nümayişçilər Ağ evin önündə İran üçün dua edib və namaz da qılıblar. Aksiyaya qoşulan amerikalılar isə İranın nüvə proqramına haqqı olduğunu və bir ölkə kimi təhlükə törətmədiyini bəyan ediblər. Nümayiş insidentsiz başa çatıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl İranın ali dini lideri Ayətulla Əli Xameneyi Birləşmiş Ştatları İrana hücum etmək fikrindən əl çəkməyə çağırmışıdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...