Ukrayna FHN:"Donmamaq üçün çoxlu idman edin və soyuq su ilə yuyunun".
Bu həftə ərzində Avropada şaxtalı havadan ölənlərin sayı artıq 250 nəfəri ötüb. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şaxtalı hava Avropada həyatı iflic edib. Belə ki, Rumıniyada 24 nəfər soyuq havanın qurbanı olub. Burada havanın tempraturu -34 dərəcəyə düşüb. Şiddətli şaxta üzündən Rumıniyanın Konstansa sahillərində Qara dəniz tamamilə donub. Hətta iş o yerə çatıb ki, insanlar donmuş dənizin üstü ilə hərəkət edir.
Şaxtalı hava Ukraynanı da çıxılmaz vəziyyətə salıb. Burada 122 nəfər soyuqdan donaraq ölüb. Ölkədə addımbaşı donmuş insan cəsədlərinə rast gəlmək olur. Gərəkli tədbirlər görməməkdə günahlandırılan Ukraynanın fövqəladə hallar naziri Viktor Boloqa soyuqdan qorunmaq üçün çoxlu idman etməyi məsləhət görüb. "Səhər tezdən oyanın, idman edin və işləyin. Səhər 8-10 km qaçın və soyuq su ilə yuyunun".
Polşada isə 27 dərəcə şaxta qeydə alınıb. Burada soyuqdan ölənlərin sayı 45 nəfərə çatıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...