PDF Oxu

Dünya

  • 1 262

ABŞ dronları 10 mücahidi öldürdü

ABŞ dronları 10 mücahidi öldürdü

Pakistan rəsmiləri ABŞ pilotsuz təyyarə hücumunun ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəd qəbilə regionunda 10 nəfərin ölümünə səbəb olduğunu ehtimal edirlər.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu gün iki raketin yaraqlıların cəmləşdiyi ehtimal edilən qərargaha düşdüyü vurğulanıb. Təhlükəsizlik rəsmiləri ölənlərin arasında xarici və yerli yaraqlılar olduğunu bildiriblər.

Pakistan rəsmiləri pilotsuz təyyarə hücumlarını ölkənin suverenliyini pozmaq aktı kimi qiymətləndiriblər, hərçənd ki, hücumların Pakistan kəşfiyyatının köməyi ilə həyata keçirildiyi deyilir.

Noyabr ayında sərhəd boyu NATO hava hücumlarının təsadüf nəticəsində 24 pakistanlı əsgəri öldürməsi İslamabadın NATO hərbi avadanlığının Əfqanıstana daşınmasının qarşısını almaqla nətcələnmişdi.

Digər xəbərlər