ABŞ-ın üç senatoru xəbərdarliq edib ki, qeyri-qanuni maliyyə toplamaqda ittiham olunan 19 amerikalının məsələsi tez bir zamanda həll olunmasa, Misirlə əlaqələrdə "fəlakətli partlayış" ola bilər.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, respublikaçı Con Makkeyn, Kelli Ayot və müstəqil Co Liberman dünən deyiblər ki, konqresin Misirə ayırdığı maliyyə vəsaitinin taleyi təhlükə altındadır.
Senatorların sözlərinə görə, Misir hökumətinin daxilində ABŞ-la əlaqələrə etiraz edənlər gərginliyi daha da artırmağa, ictimai fikrə təsir etməyə çalışırlar. Ancaq onlar deyirlər ki, hər iki ölkədə xoşməramlı insanlar var və bu insanlar böhranı həll etmək üçün əllərindən gələni edirlər.
Misir rəsmiləri bildiriblər ki, 19 amerikalı da daxil olmaqla, 43 aktivist demokratiya tərəfdarı qruplar üçün qeyri-qanuni maliyyə toplamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq. Amerikalılardan biri ABŞ nəqliyyat naziri Rey Lahudun oğlu Sam Lahuddur.
ABŞ Dövlət Departamenti bildirib ki, amerikalılar və başqaları Misir seçkilərini dəstəkləmək üçün bir yerdə çalışıblar. Açıqlamada onların bitərəf olduqları və fərdi namizədlər üçün heç bir maliyyə toplama əməliyyatında iştirak etmədikləri deyilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...