Yəmənin cənubunda yerləşən Aden şəhərində nümayişçilərlə polis arasında növbəti toqquşma baş verib. Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, hökumət əleyhinə nümayiş keçirən kütlə təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə ən azı 2 nəfər həlak olub, 10-dan artıq yaralı var. Nümayişçilər insanlara daha geniş hüquqların verilməsini tələb edib, hökmət əleyhinə şüarlar səsləndiriblər. Daha sonra kütlə seçki komissiyasının binasına hücum edərək onu ələ keçirməyə çalışıb. Atəş də bu zaman açılıb. Xatırladaq ki, Yəməndə uzun sürən nümayişlər sonda prezident Salehin istefası ilə nəticələnib. O, səlahiyyətlərini vitse-prezidentə versə də, hələ də Yəmənin ən nüfuzlu şəxslərindən biri olaraq qalır və fəxri prezident statusu daşıyır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...